05 avqust 2023 16:49
328

MDB Oyunları: Azərbaycanın gimnastika millisi bürünc medal qazanıb

Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycanın millisi Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında bürünc medal qazanıb.

“İki sahil” xəbər verir ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət komanda 3-cü yeri tutub.

Qrup hərəkətləri komandası çoxnövçülük proqramında buna nail olub.