05 avqust 2023 14:45
263

Krivotsyukun komandası uduzdu

 Azərbaycan milllisinin futbolçusu Anton Krivotsyukun formasını geyindiyi  “Daejeon” Cənubi Koreya çempionatında 25-ci tur oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, komanda səfərdə "Kvandju" ilə qarşılaşıb və 0:3 hesabı ilə uduzub. A.Krivotstuk sarı vərəqə limitini doldurduğu üçün sözügedən  görüşdə iştirak etməyib.

Qeyd edək ki, "Daejeon" turnir cədvəlində 33 xalla 7-ci pillədə qərarlaşıb.