“Mançester Siti” "Leyptsiq”in futbolçusu Yoşko Qvardiolı transfer edib.
“İki sahil” klubun saytına istinadən xəbər verir ki,xorvatiyalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
İngiltərə mətbuatında yayılan xəbərlərə görə, Qvardiolun transferi üçün "Mançester Siti" 90 milyon avro təzminat və 10 milyon avro bonus ödəyəcək. Bununla da, xorvatiyalı oyunçu futbol tarixinin ən bahalı müdafiəçisi olub.
Qeyd edək ki, Qvardiol ötən mövsüm "Leyptsiq"lə bütün turnirlərdə 41 oyuna çıxıb və 3 qol vurub. O, Xorvatiya millisinin heyətində DÇ-2022-nin bürünc medallarını qazanıb.