04 avqust 2023 21:29
315

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk qolu vurulub

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk qolu vurulub.

“İki sahil” xəbər verir ki,  ilk qolu “Araz-Naxçıvan”la “Turan Tovuz” arasında keçirilən açılış oyununda qonaq komanda edib.

Görüşün 53-cü dəqiqəsində Martin Petkov fərqlənib. Bolqarıstanlı hücumçu ilk qolun müəllifi olmaqla komandasını hesabda önə keçirib.

Qeyd edək ki, I turun ilk qarşılaşması “Dalğa Arena”da keçirilir.