“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu “Beşiktaş”la keçirəcəyi oyunların yerinin dəyişdirilmə səbəbi müəyyənləşib.
Klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev “Report”a açıqlamasında ilk görüşün İstanbuldan Bakıya keçirilməsinin Türkiyənin digər təmsilçisi “Fənərbağça”nın matçı ilə əlaqədar olduğunu bildirib.
Onun sözlərinə görə, avqustun 10-da “Fənərbağça” Konfrans Liqasındakı birinci oyununu İstanbulda keçirəcəyindən, UEFA “Beşiktaş”ın səfərə yollanmasını qərara alıb.
Avqustun 17-dəki cavab qarşılaşmasında isə “Neftçi” səfərdə meydana çıxacaq.