04 avqust 2023 00:17
349

Konfrans Liqası: "Neftçi"nin rəqibi "Beşiktaş" oldu

"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

“İki sahil” xəbər verir ki,  "ağ-qaralar" növbəti raundda Türkiyə "Beşiktaş"ı ilə üz-üzə gələcək.

İstanbul təmsilçisi II təsnifat mərhələsinin cavab oyununda Albaniyada "Tirana"ya 2 cavabsız qolla qalib gəlib. İlk matçda da rəqibini məğlub edən (3:1) "qara qartallar" iki matçın nəticəsinə əsasən mərhələ adlayıblar.

Qeyd edək ki, III raundun qarşılaşmaları 10-17 avqustda olacaq.