“Neftçi” ilə Bosniya və Herseqovinanın “Jelezniçar” klubu arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.
“İki sahil” xəbər verir ki, 8-ci km qəsəbə stadionunda baş tutan qarşılaşmada ilk qolun müəllifi 20-ci dəqiqədə ev sahiblərinin futbolçusu Kenni Sayef olub - 1:0.
***********************
21:03
“Neftçi” ilə Bosniya və Herseqovinanın “Jelezniçar” klubu arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.
“İki sahil” xəbər verir ki, 8-ci km qəsəbə stadionunda oynanılan görüş saat 21:00-da start götürüb.

Qarşılaşmanı macarıstanlı baş hakim Balaş Berke idarə edir.
Qeyd edək ki, komandalar arasında Sarayevoda keçirilən ilk oyunda 2:2 hesabı qeydə alınıb.