16 mart 2023 12:43
351

Messi PSJ ilə müqaviləsini bu şərtlərlə uzadacaq

PSJ-nin hücumçusu Lionel Messi Paris təmsilçisi ilə müqaviləsini yalnız bir neçə şərtlə uzadacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Bildirilib ki, PSJ ilə müqaviləsi bu ilin iyununda başa çatacaq 36 yaşlı oyunçu klubunun yeni layihəsinə aydınlıq gətirmək istəyir. Messi hazırkı baş məşqçi Kristof Qaltyenin komandada qalıb-qalmayacağını, parislilərin yayda heyəti gücləndirmək üçün hər hansı müqavilə imzalanıb-imzalamayacağını və maliyyə fair-play məhdudiyyətləri fonunda onunla müqaviləni yenilənib-yenilənməyəcəyini bilmək istəyir.

İspaniya nəşri onu da qeyd edir ki, Messinin atası, eyni zamanda futbolçunun agenti olan Xorxe Səudiyyə Ərəbistanına səfər edib. Lakin onun səfərində məqsəd oğlunun yerli klublardan birinə potensial transferini müzakirə etmək olmayıb.