20 avqust 2026 00:45
90

Nunu Mendeş 3 oyunluq cəzalandırıldı

PSJ-nin müdafiəçisi Nunu Mendeş 3 oyunluq diskvalifikasiya olunub.

“İki sahil” xəbər verir ki, Fransa Peşəkar Futbol Liqasının (LFP) İntizam Komitəsi futbolçunu Fransa Superkubokunda “Lans”la keçirilən oyundakı davranışına görə cəzalandırıb.

Görüşün 88-ci dəqiqəsində Nunu Mendeş rəqibin yarımmüdafiəçisi Mixal Skuraşı dirsəklə üzündən vurduğuna görə birbaşa qırmızı vərəqə almışdı.

Qeyd edək ki, qarşılaşma PSJ-nin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.