19 avqust 2026 23:27
84

“Mançester Siti”dən ərəb klubuna transfer

Niderland millisinin yarımmüdafiəçisi Ticcani Reynders “Mançester Siti”dən Səudiyyə Ərəbistanının “Əl-Qadisiyyə” klubuna keçib.

“İki sahil” xəbər verir ki, bu barədə klub məlumat yayıb. Niderlandlı futbolçu “Əl-Qadisiyyə” ilə 5 illik müqavilə imzalayıb. Transferin məbləğinin isə 52 milyon funt sterlinq olduğu bildirilir.

Qeyd edək ki, 28 yaşlı futbolçu ötən yay “Milan”dan 46,5 milyon funt sterlinq qarşılığında “Mançester Siti”yə transfer olunsa da, komandada gözlənilən performansı göstərə bilməyib.

Xatırladaq ki, Reynders “şəhərlilər”in heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 7 qol vurub. O, komanda ilə İngiltərə Kubokunu və Liqa Kubokunu qazanıb.