“Əl-Nəsr”in 34 yaşlı hücumçusu Sadio Mane doğma ölkəsi Seneqalda aqrar-sənaye parkı yaradacaq.
“İki sahil” xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, o, meyvələrin istehsalı və emalı üzrə ixtisaslaşacaq layihəyə başlayıb.
Parkın ildə 50 min ton meyvə istehsal edəcəyi və 2500-dən çox yeni iş yerinin yaradılacağı gözlənilir. Layihənin əsas məqsədi gənclərin məşğulluğunu artırmaq və Kazamans regionunun inkişafına töhfə verməkdir.
Qeyd edək ki, Mane üç il əvvəl “Əl-Nəsr”ə keçib. Seneqallı futbolçu daha əvvəl Avropada “Metz”, “Zalsburq”, “Sauthempton”, “Liverpul” və “Bavariya”da çıxış edib.
Dövlət Departamenti Keniyada helikopter qəzasında dörd amerikalının öldüyünü təsdiqləyib
Rusiyanın Jitomirə endirdiyi zərbə nəticəsində 2 polis ölüb, 20 nəfər yaralanıb