20 avqust 2026 01:01
97

"Sabah" "Hapoel"ə məğlub oldu

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da meydana bu gün çıxıb.

Valdas Dambrauskasın komandası Buxarestdə İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə qarşılaşıb. Matç "Hapoel"in 2:1 hesablı qələbəsi ilə bitib. 

Komandalar arasında cavab matçı avqustun 25-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq 

Qeyd edək ki, cütün qalib tərəfi Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək.

UEFA Çempionlar Liqası

Pley-off, ilk oyun

18 avqust

23:00. "Hapoel" (Beer-Şeva, İsrail) 2-1 "Sabah" (Azərbaycan)

Qollar: Velko Simiç, 6 (0:1), Javon İst, 43 (1:1), İqor Zlatanoviç, 79 (2:1)

Baş hakim: Davide Massa (İtaliya)

Buxarest. "Culeşti" stadionu