20 avqust 2026 20:11
82

Cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının püşkatma mərasimi keçirilib

Ekvadorun Quayakil şəhərində cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri müəyyənləşib.

Azərbaycan 20–23 avqust tarixlərində keçiriləcək mötəbər yarışda 9 çəki dərəcəsində 14 cüdoçu (10 oğlan, 4 qız) ilə təmsil olunacaq.

Yeniyetmələr arasında dünya çempionatında ilk yarış günündə təsnifat mərhələsi Bakı vaxtı ilə 20 avqust saat 19:00-da, final bloku isə 21 avqust saat 02:00-da start götürəcək. Turnirin görüşləri "Judo TV" vasitəsilə canlı yayımlanacaq. 

Qızlar

-40 kq, 1/8 final
Sunay Salamova – Soyol-Erden Qansux (Monqolustan) 
Zəhra Quliyeva – Adiya Janaxmet (Qazaxıstan)

-44 kq, 1/16 final
Pərvin Sevxanlı – Lihi Soffer (İsrail)

-48 kq, 1/16 final
Könül Eyvazlı – Ella Bar Lev (İsrail)

Oğlanlar

-50 kq, 1/8 final
Fərid Rzazadə – Dimitrios Qulas (Yunanıstan) / Süleyman Doğru (Türkiyə) cütünün qalibi ilə

-55 kq, 1/16 final
Fərid Xudiyev – Kristian Marin (Kosta-Rika)
-55 kq, 1/8 final
İbrahim Talıbov – Bayel İsmayılov (Qırğızıstan) / Sebastyan Suqimoto (Argentina) cütünün qalibi ilə 

-66 kq, 1/16 final
İlkin Qarayev – Yesus Perea Vallve (Peru)

-73 kq, 1/16 final
Yusuf Nəzər – Conas Nelissen (Kanada) 
Sadiq Məmmədov – Georq Noqes (Estoniya)

-81 kq, 1/32 final
Ayxan Həsənli – Alberto Montes (Kosta-Rika)
-81 kq, 1/16 final
Yaqub Məmmədov – Alijan Saylaubekov (Qazaxıstan)

-90 kq, 1/16 final
Ömər Axundov – Val Berqlez Kos (Sloveniya)
Nurəddin Əliyev – Pablo Fernandes Kalero (İspaniya)