16 mart 2023 10:43
420

Spaletti tarixi uğuru şərh etdi

"Napoli"nin baş məşqçisi Luçano Spaletti komandanın Çempionlar Liqasındakı tarixi uğurunu şərh edib.

“İki sahil” xəbər verir ki, Neapol təmsilçisi 1/8 final mərhələsində "Ayntraxt"ı (3:0, 2:0) mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə 1/4 finala yüksəlib.

Mütəxəssis matçdan sonra UEFA-ya açıqlamasında deyib: “Asan olmadı, amma biz “Napoli”nin tarixi məqsədinə çata bildik. Əvvəlcə bizə hücum etdilər, “Ayntraxt” yüksək təzyiq göstərdiyi üçün oynamaq  çətin idi. İkinci hissədə daha yaxşı oynamağı bacardıq”.