Rusiyanın "Saturn" klubuna məxsus stadionun yaxınlığında qumbara tapılıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.
Ərazi mühasirəyə alınıb, 12 nəfər, o cümlədən stadionun üç əməkdaşı oradan təxliyə edilib. İstehkamçılar hələlik qumbaranın aşkarlandığı yerə gəlib çatmayıblar.
Qeyd edək ki, "Saturn" hazırda II Liqada çıxış edir.
Cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının püşkatma mərasimi keçirilib