Almaniya Futbol İttifaqı (DFB) Canni İnfantinonun FIFA-ya yenidən prezident seçilməsini dəstəkləməyəcək.
“İki sahil” xəbər verir ki, bu barədə DFB prezidenti Bernd Noyendorf yerli mətbuata açıqlama verib.
Funksioner deyib ki, müxtəlif mövzularda ali futbol qurumundan yetərincə informasiya ala bilmirlər: "FIFA milli assosiasiyalarla münasibətlərində daha açıq və şəffaf olmalıdır. Qurum gələcəkdə müəyyən qərarların necə və nə üçün qəbul olunduğunu izah etməlidir".
Qeyd edək ki, FIFA prezidentliyinə seçkilər martın 16-da qurumun Ruandanın paytaxtı Kiqalidə keçiriləcək 73-cü Konqresində baş tutacaq. Canni İnfantino bu vəzifəyə yeganə namizəddir.
Cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının püşkatma mərasimi keçirilib