15 mart 2023 17:42
473

"Frayburq" Ştrayxla müqaviləni uzatdı

Almaniyanın “Frayburq” klubu baş məşqçisi Kristian Ştrayxla yeni müqavilə bağlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

57 yaşlı mütəxəssislə sözləşmənin müddəti və digər detalları açıqlanmayıb. Ştrayxın köməkçiləri Patrik Bayer, Florian Bruns və Yulian Şusterlə də yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Ştrayx 2011-ci ildən Bundesliqa təmsilçisini çalışdırır. 

Xatırladaq ki, "Frayburq" 2022/23 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olub. Almaniyadakı görüşdə meydan sahibləri qələbə qazanıb (2:1). Bakıdakı matçda isə 1:1 hesabı qeydə alınıb.