15 mart 2023 15:54
383

Bakıda “Qalatasaray”la oyunun biletləri bu məntəqələrdə satılacaq

“Qarabağ”  və Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədi ilə keçiriləcək yoldaşlıq görüşünün biletləri martın 16-da saat 11:00-dan satışa çıxarılacaq.

“İki sahil” xəbər verir ki, bu haqda Ağdam klubunun yaydığı açıqlamada bildirilir.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Satış məntəqələri: 

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Iticket.az-ın satış məntəqələri;

“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.

Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.