"Napoli"nin baş məşqçisi Luçano Spalletti Çempionlar Liqasının 1/8 final mərhələsində "Ayntraxt"a qarşı keçirəcəkləri cavab oyunu ilə bağlı danışıb.
"İki sahil" calciomercato.com-a istinadən xəbər verir ki, mütəxəssis görüşün finala bərabər olduğunu deyib: “Bizi qarşıda böyük bir oyun gözləyir. Bu, komanda üçün çox şey müəyyənləşdirə, klubun tarixinə düşə bilər. Düşünmürəm ki, belə şeylər komandaya təzyiq göstərmir. Uğurdan başımız dönmür, eyfariyaya qapılmırıq. Futbolçularımın gücünə əminəm. Bu oyun demək olar ki, finaldır. Ona görə də mən meydanda nəticə əldə etmək istəyən ac komanda görmək istəyirəm.
Komandamın heç kimdən qorxmadığını düşünürəm. Amma sabah axşam qalib gəlməliyik. "Ayntraxt" çox güclü komandalarla qrupdan keçdi. Biz "Ayntratxt"a həqiqətən hörmət edirik. Çox çətin matç olacağını bilirik. Növbəti turlar haqqında düşünmək təkəbbürlük olardı və bu, bizim düşüncə tərzimiz deyil”.
Qeyd edək ki, bu gecə "Napoli" - "Ayntraxt" cavab oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının püşkatma mərasimi keçirilib