Türkiyənin “Beşiktaş” klubu “Sabah”la Bakıda xeyriyyə matçı keçirməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə Qol.az-a “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
Onun sözlərinə görə, Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə yardım məqsədilə İstanbul təmsilçisi ilə aprel ayında xeyriyyə matçının keçirilməsi nəzərdə tutulub:
“Hazırda danışıqlar gedir. Matçın gələn ay keçirilməsi planlaşdırılıb. Amma hələ dəqiqləşməyib. Hər şey bəlli olandan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, bir müddət əvvəl "Beşiktaş"ın prezidenti Ahmet Nur Çebi yerli mətbuata açıqlamasında xeyriyyə matçı üçün Almaniya və Azərbaycan klubları ilə danışıq apardıqlarını demişdi.
Xatırladaq kl, “Qarabağ”la Türkiyənin “Qalatasaray” klunu da xeyriyyə matçında üz-üzə gələcək. Görüş martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının püşkatma mərasimi keçirilib