Bu gün Misli Premyer Liqasında 27-ci tura start veriləcək.
“İki sahil” xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. İlk olaraq "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək. Turun mərkəzi görüşündə 2-ci pillədə olan "Sabah" 4-cü yerdəki "Zirə" ilə qarşılaşacaq.
Qeyd edək ki, tura 16-17 mart tarixlərində keçiriləcək oyunlarla yekun vurulacaq.
Misli Premyer Liqası
XXVII tur
15 mart (çərşənbə)
18:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Rəhman İmami, Nicat İsmayıllı
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”
20:30. “Zirə” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Cavanşir Yusifov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, XXVII turun "Səbail" - "Turan Tovuz" və "Neftçi" - "Kəpəz" oyunları martın 16-da, "Qəbələ" - "Şamaxı" görüşü isə martın 17-də keçiriləcək.
Cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının püşkatma mərasimi keçirilib