14 mart 2023 18:04
442

DÇ-2026-da 104 oyun keçiriləcək

Dünya çempionatının yeni formatı cümə axşamı təsdiqlənəcək. 

"İki sahil" “The Athletic”ə istinadən xəbər verir ki, 2026-cı ildə keçiriləcək dünya çempionatının formatı Ruandanın paytaxtı Kiqalidə keçiriləcək FİFA Konqresində təsdiqlənəcək. Turnirdə 48 komanda iştirak edəcək.

İlkin plan komandaları 3 komandadan ibarət 16 qrupa bölmək idi. FİFA bu ideyadan imtina edərək 4 komandadan ibarət 12 qrupdan ibarət formatın lehinə qərar verib.

Ümumilikdə komandalar növbəti dünya çempionatında 104 oyun keçirəcək. Turnir 39 gün davam edəcək. 

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək.