07 iyun 2022 17:29
823

"Şalke"nin yeni baş məşqçisi açıqlandı

Almaniyanın "Şalke" klubunun yeni baş məşqçisi bəlli olub.

"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı Frank Kramer çalışdıracaq.

50 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. Almaniyalı məşqçi əsasən ölkəsində aşağı yaş qrupları üzrə milli komandalarını çalışdırıb.

Qeyd edək ki, "Şalke" bir illik fasilədən sonra Bundesliqaya yüksəlib.