03 sentyabr 2026 02:03
64

“Real”da hesab edirlər ki...

“Real” Raul Asensio ilə bağlı intizam araşdırmasına başlayıb.

“İki sahil” xəbər verir ki, 23 yaşlı müdafiəçi sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün sürücülük hüququndan 8 ay müddətinə məhrum edilib və 14 400 avro cərimələnib.

Qeyd edək ki, Madrid klubu daxili nizamnaməsinə uyğun olaraq futbolçu ilə bağlı intizam icraatına başlayıb. “Real”da hesab edirlər ki, Asensionun davranışı klubun imicinə zərər vurub.