03 sentyabr 2026 08:47
46

"Qalatasaray" Viktor Nelsson ilə yollarını ayırıb

İstanbulun "Qalatasaray" futbol klubu danimarkalı müdafiəçisi Viktor Nelsson ilə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, İstanbul təmsilçisi 27 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi barədə Türkiyə Futbol Federasiyasına rəsmi bildiriş göndərib.

Qeyd edək ki, 2021-ci ilin avqustunda Danimarkanın "Kopenhagen" klubundan 7 milyon avro təzminat qarşılığında "Qalatasaray"a transfer olunan Viktor Nelsson "sarı-qırmızı" formayla meydanda keçirdiyi 144 rəsmi qarşılaşmada 4 qolla yadda qalıb.