04 sentyabr 2026 10:16
94

IV tura bu gün start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçı Qəbələdə olacaq. Şəhərin eyniadlı təmsilçisi “İmişli”ni qəbul edəcək. Qarşılaşma saat 18:00-da başlayacaq.

Digər matçda isə “Kəpəz” Gəncə şəhər stadionunda “Şamaxı”nı sınağa çəkəcək. Görüşə saat 20:15-də start veriləcək.

Turnir cədvəlində “İmişli” (4 xal) 6-cı, “Kəpəz” (3 xal) 7-ci, “Şamaxı” (2 xal) 9-cu, “Qəbələ” isə (1 xal) 10-cudur.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 5-6-da keçiriləcək.