Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Polşanın "Rakuv" komandasının heyətində növbəti qolunu vurub.
“İki sahil” xəbər verir ki, 29 yaşlı hücumçu Ekstraklasanın V turunun “Qurnik”lə ev matçında fərqlənib.
Meydana start heyətində çıxan forvard görüşün 79-cu dəqiqəsində rəqib qapısına yol tapıb. Lakin azərbaycanlı futbolçunun qolu komandasını məğlubiyyətdən xilas etməyib və qonaqlar yekunda 2:1 hesablı qələbə qazanıblar.
Bu, Mahir Emrelinin “Rakuv”da rəsmi oyunlarda 6-cı qolu olub.
Qeyd edək ki, Polşa çempionatında hələ də xalı olmayan “Rakuv” sonuncu – 18-ci pillədə qərarlaşıb.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB