Azərbaycan qadınlar millisinin şahmatçısı Zeynəb Məmmədyarovaya yeni vəzifə verilib.
“İki sahil” xəbər verir ki, o, Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru təyin edilib.
Bu barədə şahmatçının özü məlumat verib.
Z.Məmmədyarova bildirib ki, o, Olimpiya İdman Komplekslərinin içərisində yeganə qadın direktordur: "Ümidləri doğrultmağa çalışacağam".