07 iyun 2022 13:01
862

Azərbaycan – Slovakiya matçının hakimləri bəlli olub

Azərbaycan – Slovakiya oyununun hakimləri açıqlanıb.

“İki sahil” xəbər verir ki, Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək matçı Litvadan olan ədalət təmsilçiləri idarə edəcək.

İyunun 10-da Bakıda keçiriləcək qarşılaşmanın baş hakimi Donatas Rumşas olacaq. Baş hakimin köməkçiləri kimi Aleksandr Radius və Dovidas Suşiedelis təyinat alıb. Dördüncü hakim funksiyasını Robertas Valikonis yerinə yetirəcək.

Qeyd edək ki, “Dalğa Arena”da baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.