Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində üz-üzə gələcək Belarus və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan millisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Höccət Haqverdi, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev, Edd İsrafilov, Cəlal Hüseynov və Riçard Almeyda yer alıblar.
Belarus millisinin heyətində isə meydana Pavel Pavlyuçenko, Danila Neçayev, Ruslan Xadarkeviç, Vladislav Malkeviç, Sergey Politeviç, Artyom Bıkov, Hlep Şauçenka, Andrey Solovey, Yevgeni Yablonski, Valeri Boçerov və Zaxar Volkov çıxacaqlar.
Qeyd edək ki, Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.