06 iyun 2022 17:34
747

"Liverpul" Maneni "Bavariya"ya satmaqdan imtina etdi

"Liverpul" futbolçusu Sadio Maneni "Bavariya"ya satmaqdan imtina edib.

"İki sahil" "The Times"a istinadən xəbər verir ki, Münhen təmsilçisinin seneqallı yarımmüdafiəçi üçün göndərdiyi təklif klubu qane etməyib.

"Bavariya" Mane üçüb 25 milyon funt-sterlinq ödəmək istəsə də, İngiltərə klubu razılaşmayıb.

Qeyd edək ki, "Bavariya"nın Mane ilə razılığa gəlməsi haqda xəbərlər yayılıb.