06 iyun 2022 14:36
676

"Yuventus" Poqbaya müqavilə təklif etdi

"Mançester Yunayted"dən ayrılan Pol Poqba "Yuventus"a keçməyə yaxındır. 

“İki sahil” xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb. Turin klubu yarımmüdafiəçiyə illik 7,5-8 milyon avro maaşla 3 illik müqavilə təklif edib. Danışıqlar artıq son mərhələyə qədəm qoyur. 

Qeyd edək ki, Poqba geridə qalan mövsüm Premyer Liqada 20 oyunda 1 qol vurub və 9 qolun ötürməsini verib.