06 iyun 2022 13:29
575

Gürcüstana məğlubiyyətdən sonra istefa verdi

Bolqarıstan millisinin baş məşqçisi Yasen Petrov istefa verib.

“İki sahil” xəbər verir ki, o, Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda Gürcüstan yığmasına 2:5 hesabı ilə uduzduqları oyundan sonra milliden getdiyini açıqlayıb.

Qeyd edək ki, Bolqarıstan millisi ilk turda Şimali Makedoniya ilə heç-heçə edib - 1:1. Yasen Petrov 2021-ci ilin yanvarından millini çalışdırırdı.