Azərbaycan Kikboksinq Federasiyasının (AKF) loqosu dəyişib.
Qurumun Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, yeni loqoda əvvəlkindən fərqli olaraq, Azərbaycanın atributları əks olunub.
Loqonun həm sol, həm də sağ tərəfi ölkə bayrağının rəngləri ilə əhatə edilib. Həmçinin loqoda bayraqda 8 guşəli ulduzun olduğunu bildirən bu qədər sayda ulduz və iki kikboksçunun mübarizəsi əks olunub.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən AKF-in əvvəlki loqosu 2000-ci ildən mövcud olub.
11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək
Böyüklər, gənclər və yeniyetmələr arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə I dan dərəcəsi üzrə seminar və imtahan keçiriləcək