Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir istefa verib.
“İki sahil” xəbər verir ki, bu barədə məlumatı TFF rəsmi saytı vasitəsilə açıqlayıb.
Bildirilib ki, Özdemir bu gün keçirilən İdarə Heyətinin iclasında vəzifəsindən istefa verdiyini bildirib. Onu bu postda müvəqqəti olaraq Servet Yardımcı əvəz edəcək.
Qeyd edək ki, Nihat Özdemir 2019-cu ildə TFF prezidenti seçilib. O, 2023-cü ilə qədər vəzifəsini icra etməli idi.
***
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir istefa verib.
“İki sahil” xəbər verir ki, bu iddia ilə yerli jurnalistlərdən Mehmet Arslan çıxış edib.
O, tvitter səhifəsi vasitəsilə Özdemirin postundan ayrılmaq qərarına gəldiyini yazıb. Lakin TFF məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Qeyd edək ki, Nihat Özdemir 2019-cu ildə TFF prezidenti seçilib.
11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək
Böyüklər, gənclər və yeniyetmələr arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə I dan dərəcəsi üzrə seminar və imtahan keçiriləcək