"İnter" "Yuventus"u 2 dəfə "Allians Stadium"da məğlub edən ilk komandadır.
“İki sahil” xəbər verir ki, bu barədə ilmassegero.it məlumat yayıb. Milan təmsilçisi ötən gün A seriyasının 31-ci turunda Turin klubunun üzərində 1:0 hesabı ilə qələbə qazanıb. Komanda 2012-ci ildə də "Yuventus"u bu arenada 3:1 hesabı ilə məğlub edib. Beləliklə, "İnter" "Yuventus"a 2 dəfə "Allians Stadium"da qalib gəlib. "İnter" bunu bacaran ilk komanda kimi tarixə düşüb.
Qeyd edək ki, "Yuventus" 2011-ci ildən etibarən ev oyunlarını "Allians Stadium"da keçirir.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək
Böyüklər, gənclər və yeniyetmələr arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək