Paris-2024 Yay Olimpiya Oyunlarının ağırlıqqaldırma yarışlarının çəki dərəcələri və iştirakçı sayı dəqiqləşib.
“İki sahil” xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi verib.
Atletlərin sayı kəskin şəkildə azalıb. Rio-2016-da 260, Tokio-2020-də 196 ağırlıqqaldıran mübarizə aparmışdısa, Parisdə cəmi 120 idmançı medallar uğrunda yarışacaq. Həm kişilər, həm də qadınlar 5 çəkidə qüvvəsini sınayacaq. Digər 4 kateqoriya isə ləğv edilib.
Kişilər 61 kq, 73 kq, 89 kq, 102 kq və +102 kq çəkidə çempionu müəyyənləşdirəcək. Qadınlar isə 49 kq, 59 kq, 71 kq, 81 kq və +81 kq çəkidə mübarizə aparacaq.
11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək
Böyüklər, gənclər və yeniyetmələr arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə I dan dərəcəsi üzrə seminar və imtahan keçiriləcək