Türkiyə Super Liqasının XXXI turunun “Trabzonspor” – “Beşiktaş” oyunu yenidən keçirilə bilər.
“İki sahil”in “dha.com.tr”ə istinadən məlumatına görə, qonaq komanda bunun üçün Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi müraciət ünvanlamağa hazırlaşır.
İstanbul klubu qarşılaşmada qayda səhvinə yol verildiyini iddia edib. “Ağ-qaralar”ın fikrincə, matçın 49-da dəqiqəsində geri ötürmə zamanı rəqib qapıçı topu əllə tutduğuna görə təyin olunan sərbəst zərbəni baş hakim düzgün yerinə yetirilməsinə şərait yaratmayıb. “Beşiktaş” görüşün ardından 72 saat ərzində müraciət etmək hüququna malikdir.
Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb.
11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək
Böyüklər, gənclər və yeniyetmələr arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə I dan dərəcəsi üzrə seminar və imtahan keçiriləcək