04 aprel 2022 14:49
830

Norveç çempionatının açılış oyunu mobil telefon vasitəsilə tribunadan yayımlanıb

"Budyo Qlimt" və "Rusenborq" komandaları arasında keçirilmiş Norveç çempionatının I turunun açılış oyunu mobil telefon vasitəsilə tribunadan yayımlanıb.

“İki sahil” xəbər verir ki, elektrik enerjisi olmadığı üçün yarışın hüquq və yayımlarına sahib olan "Discovery" TV-nin əməkdaşı bu addımı atıb.

Tamaşaçılar qarşılaşmanı bir müddət belə izləməli olublar.

Qeyd edək ki, görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.