PSJ-nin tez-tez zədələnən futbolçusu Serxio Ramosun uzun müddət sonra oyuna çıxması komandanın azarkeşlərinin qəzəbinə səbəb olub.
“İki sahil” xəbər verir ki, bu barədə GFFN məlumat yayıb. 36 yaşlı müdafiəçi yanvarın 23-də "Reyms"lə qarşılaşmadan sonra ilk dəfə ötən gecə "Loryan"la matçda meydana çıxıb (72-ci dəqiqə). Azarekşlər Ramos hər dəfə top toxunanda onu fitə basıblar.
Görüş PSJ-nin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Ramos bu mövsüm 6 oyunda 1 qol vurub.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək
Böyüklər, gənclər və yeniyetmələr arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək