Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
“İki sahil” xəbər verir ki, 82 kq çəki dərəcəsində rəqib Gürcüstan təmsilçisi Gela Bolkvadze olub.
Rəqibinə 2:1 hesabı ilə qalib gələn Hüseynov karyerasında üçüncü dəfə qızıl medal qazanıb.
O, əvvəlki qitə çempionluqlarını 2011 və 2020-ci illərdə əldə edib. Hüseynovun aktivində 2021-ci ilin dünya çempionluğu da var.
Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığması aktivinə 8-ci medalı yazıb.
Qeyd edək ki, aprelin 2-də Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala yiyələnib. Bu gün isə Rafiq Hüseynovdan əvvəl Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq) və Ülvi Qənizadə (72 kq) bürünc medala sahib çıxıb. Daha bir bürünc medalı isə Murat Lokyayev (97 kq) qazana bilər.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək
Böyüklər, gənclər və yeniyetmələr arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək