03 aprel 2022 19:48
934

Pauline Eizema niderlandlı gimnastlarla görüşüb

Niderland Krallığının Azərbaycandakı səfiri Pauline Eizema Milli Gimnastika Arenasında davam edən idman gimnastikası üzrə FIG dünya kubokunda iştirak edən niderlandlı gimnastlarla görüşüb.

"İki sahil" xəbər verir ki, görüşdən sonra səfir ölkəmizdə keçirilən dünya kuboku barədə təəssüratlarını bölüşüb.

“Şadam ki, yarışda üç idmançımız iştirak edir və onlardan ikisi hətta medal qazanıb. İdmançılarımz Milli Gimnastika Arenasına heyran qalıblar. Onlar mənimlə söhbətlərində qeyd etdilər ki, bu arena dünyada gimnastika üzrə ən gözəl idman mərkəzidir. Qeyd edim ki, uzun müddət idi ki, arenaya gələrək gimnastika yarışlarını izləmək istəyirdim. Burada uğurlu təşkilatçılığın və xoş ab-havanın şahidi oldum”, - deyə Pauline Eizema bildirib.

Ölkələrimiz arasında əlaqələrin bir çox sahələrdə inkişaf etdiyini söyləyən Pauline Eizema deyib: “Mən də idmana böyük maraq göstərirəm. Boş vaxtlarımda velosiped sürməyə üstünlük verirəm.