03 aprel 2022 19:19
918

“Neftçi” – “Zirə” – 2 qol, 2 qırmızı vərəqə

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci turu çərçivəsində "Neftçi" “Bakcell Arena”da "Zirə"ni qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 60-cı dəqiqəsində qonaqların heyətində Coşqun Diniyev, 77-ci dəqiqədə isə “Neftçi”nun futbolçusu Eddi Esrafilov qırmızı vərəqə alaraq komandalarını azlıqda qoyublar.

Matçın 88-ci dəqiqəsində "Zirə"nin futbolçusu Ahmed Ayzaya möhtəşəm zərbə ilə hesabı açsa da 90+5-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Tiaqo Bezzero ev sahiblərinin bərabərlik qolunu vurub. Bununla da komandalar meydanı bərabərliklə tərk ediblər.

Azərbaycan Premyer Liqası

21-ci tur

3 aprel (bazar)

17:15. “Neftçi” 1–1 “Zirə”

Qol: Ahmed Ayzaya, 88 (0:1), Tiaqo Bezzero, 90+5 (1:1)

Qırmızı vərəqələr: Coşqun Diniyev, 60 ("Zirə", ikinci sarı vərəqə), Eddi Esrafilov, 77 ("Neftçi", ikinci sarı vərəqə)

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli

“Bakcell Arena”