03 aprel 2022 18:22
628

AÇ: Güləşçimiz bürünc medal üçün tatamiyə çıxacaq

Azərbaycanın yunan-Roma güləşçisi Murat Lokyayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

“İki sahil” xəbər verir ki, 97 kq-da çıxış edən idmançı təsəlliverici qarşılaşmada yunanıstanlı Laokratis Kesidislə üz-üzə gəlib.

Rəqibini məğlub edən Lokyayev bürünc medal uğrunda qarşılaşmada avstriyalı Daniel Qastla rəqib olub.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 4 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq.