03 aprel 2022 12:51
1655

Bakıda “Sağlam həyat” günləri keçiriləcək

Aprelin 6-dan 10-dək Bakıda “Sağlam həyat” günləri keçiriləcək. 6 Aprel - Beynəlxalq İdman Günü çərçivəsində Bakı Bulvarında təşkil ediləcək tədbirdə 10 müxtəlif yaş qrupu üzrə hər kəs iştirak edə bilər. 

“İki sahil” xəbər verir ki,  iştirakçılar müəyyən olunmuş idman normativlərini yerinə yetirməklə öz fiziki bacarıqlarını sınayacaqlar. Onlara göstərdikləri nəticələrə müvafiq olaraq “qızıl”, “gümüş” və “bürünc” sertifikatlar təqdim ediləcək. 

Gənclər və İdman Nazirliyi hər kəsi bu maraqlı və faydalı idman tədbirində fəal iştirak etməyə dəvət edir. 

“Sağlam həyat” üçün idmanla məşğul olaq!