Fransanın PSJ klubu futbolçusu Kilian Mbappeyə yeni müqavilə təklif edəcək.
“İki sahil” "Lequipe" nəşrinə istinadla xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi 24 yaşlı hücumçunu komandada saxlamaq üçün ona jest edəcək.
PSJ kapitanlıq sarğını Markinyosdan alıb Mbappeyə vermək niyyətindədir.
Qeyd edək ki, Kilian Mbappenin müqaviləsi yayda başa çatacaq. Hücumçu cari mövsüm Fransa klubunda 37 oyuna çıxıb, 26 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçu ilə İspaniyanın "Real Madrid" klubu yaxından maraqlanır.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək
Böyüklər, gənclər və yeniyetmələr arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək