02 aprel 2022 22:40
672

Erl Litzenberger amerikalı idmançılar ilə görüşüb

Xəbər verdiyimiz kimi, martın 31-dən aprelin 3-dək Bakıda Milli Gimnastika Arenasında daha bir mötəbər yarış - kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

“İki sahil” xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə keçirilən FIG Dünya Kuboku çərçivəsində ölkəsindən olan idmançılar ilə görüşüb.

Qeyd edək ki, Bakıda dörd gün davam edən dünya çempionatı yarışlarının ilk iki günündə seçmə mərhələlər, qalan günlərdə isə final mərhələsi keçirilir.

Yarışda dünyanın 34 ölkəsindən 145 gimnast iştirak edir.