11 dekabr 2020 20:42
1373

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına dəyişiklik edilib

Prezident ilham Əliyev “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, Sərəncama əsasən, Tədbirlər Planına Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və deqradasiyasına, səhralaşmasına qarşı mübarizə adlı hissə əlavə edilib və müvafiq qurumlara tapşırıqlar verilib.