Yığmamız Millətlər Liqasına hazırlıq çərçivəsində dünən son yoxlama oyununu keçirib.
Qol.az-ın xəbərinə görə, Qurban Qurbanovun komandası səfərdə Latviyanın qonağı olub. Riqada, “Dauqava” stadionunda keçirilən matçda millimiz 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, millimiz bu toplanış çərçivəsində bundan əvvəl Qazaxıstana 0:3 hesabı ilə uduzub, Qırğızıstana eyni hesabla qalib gəlib.
9 iyun
Yoldaşlıq görüşü
19:00. Latviya 1–3 Azərbaycan
Qollar: Maksim Medvedev, 20 (0:1), Cavid İmamverdiyev, 58 (0:2), Emin Mahmudov, 63 (0:3), Robert Uldriki, 90 3 (1:3)
Hakimlər: Denis Şerbakov, Yuri Xomçanka, Andrey Xetsikov (hamısı Belarus)
Dördüncü hakim: Aleksandr Anufriyev (Latviya)
Riqa, “Dauqava” stadionu