08 iyun 2018 20:22
2253

Roberto Bordin: Mövsümə yaxşı başlayacağımıza inanıram

“Neftçi”nin prezidentinə, klubun rəhbərliyinə mənə bu imkanı yaratdqları üçün təşəkkür edirəm. İtaliyadan olan agentlərimə də minnətdaram”.

“Report” xəbər verir ki, bunu “Neftçi”nin yeni baş məşqçisi Roberto Bordin Bakı Olimpiya Stadionunda klub rəhbərliyi rəsmi müqavilənin imzalanma mərasimində deyib. O, ilkin təəssüratlarını da bölüşüb: 

- Gələn mövsüm çətin olacaq. Lakin “Neftçi”nin ən böyük tarixə malik klubudur. Hədəfləri olan bir klubla mövsümə yaxşı başlayacağımıza inanıram. Klubda olanlar da yüksək hədəfləri olan şəxslərdir. Videoçarxa görə təşəkkür edirəm. O vaxt daha cavan idim (gülür).

53 yaşlı italiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

- “Neftçi”yə gəlişininiz necə alındı? - “Neftçi” klubun tanıyırdım. Avropa Liqasında İtaliya “İnter”i və digər komandalarla görüşlər keçirmişdi. Biz prezidentlə bir araya gələndən sonra dərhal razılaşdıq. Əlavə şərtləri müzakirə etməyə, dəqiqləşmə aparmaöa ehtiycaq qalmadı.